
“Liverpul”un baş məşqçisi Yurgen Klopp futbolçuları haqda danışıb.
Sportinfo.az xəbər verir ki, o, oyunçularının düşüncələri ilə bağlı problem yaşamadığını deyib:
“Futbolçularımın düşüncələri ilə bağlı problem yaşamamışam. Onlar bu məsələdə möhtəşəmdirlər.
Buna baxmayaraq, çox pis anlarımız olub. Bu, normaldır? Ola bilsin ki, bəli. Məncə, həmin anlar nədənsə çox uzanır”.
“Qırmızılar” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 62 xalla 5-ci pillədə yer alır.
Mersisayd təmsilçisi ölkə çempionatının 36-cı turunda “Lester”lə qarşılaşacaq.