Etdiyi səhvlərin səbəbi uzunmüddətli müqavilə ilə bağlı danışıqlardır?

14 May 2023 16:55 İngiltərə 415
Etdiyi səhvlərin səbəbi uzunmüddətli müqavilə ilə bağlı danışıqlardır?

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq qapıçı David de Xea ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, niderlandlı mütəxəssis, ispaniyalı qolkiperin oynamağa davam edəcəyini söyləyib:

“De Xeanı kənarda saxlamaq niyyətim yoxdur. O, mütləq oynamağa davam edəcək.

Etdiyi səhvlərin səbəbi uzunmüddətli müqavilə ilə bağlı danışıqlardır? Xeyr! Səbəbin bununla əlaqədar olduğunu düşünmürəm”.

Öncədən De Xeanın “qırmızı şeytanlar”la sözləşməsini uzadacağı bildirilirdi. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.

De Xea cari mövsümdə Mançester təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 53 oyuna çıxıb, 57 qol buraxıb və 23 dəfə qapısını toxunulmaz saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti