”Onlara 4 milyona əla hücumçu tapdığımı söylədim, heç kim məni dinləmədi”

14 May 2023 13:10 İngiltərə 2 059
”Onlara 4 milyona əla hücumçu tapdığımı söylədim, heç kim məni dinləmədi”

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ole-Qunnar Sulşer Norveç təmsilçisi “Molde”ni çalışdırdığı dövrdə (2011-2014) Erlinq Halandı “qırmızı şeytanlar”a təklif etdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Sulşer bununla bağlı Mançester təmsilçisinin rəhbərliyi ilə əlaqə saxladığını deyib:

“Mançester Yunayted”in baş məşqçisi olmamışdan altı ay öncə klub rəhbərliyi ilə əlaqə saxladım və Halandı 4 milyon avroya almağı təklif etdim.

Həm də, onlara komanda üçün əla hücumçu tapdığımı söylədim. Lakin heç kim məni dinləmədi”.

Erlinq Haland 2017-2018-ci illərdə “Molde”nin formasını geyinib. Sulşer isə 2018-2021-ci illər aralığında “Mançester Yunayted”i çalışdırıb.

Haland hazırda “Mançester Siti”də çıxış edir. Cari mövsümdə o, İngiltərə Premyer Liqasında 32 oyuna çıxıb, 35 qol vurub və 7 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti