Premyer Liqada aprel ayının ən yaxşı futbolçusu

12 May 2023 22:00 İngiltərə 464
Premyer Liqada aprel ayının ən yaxşı futbolçusu

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland Premyer Liqada aprel ayının ən yaxşı oyunçusu seçilib.

Sportinfo.az xəbər verir ki, bu barədə liqanın rəsmi “tvitter” hesabı məlumat yayıb.

Haland aprel ayında dörd liqa matçında meydanda olub. O, bu oyunların hər birində qol vurub. Norveçli futbolçu “Arsenal”la matçda da iki məhsuldar ötürmə edib.

“Mançester Siti” cari mövsümdə Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. Xosep Qvardiolanın komandası 34 oyundan sonra 82 xala malikdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR