“Ronaldonu həmişə izləyirəm, ona baxaraq böyümüşəm, bəyənirəm“

12 May 2023 15:20 İngiltərə 365
“Ronaldonu həmişə izləyirəm, ona baxaraq böyümüşəm, bəyənirəm“

“Arsenal”ın yarımmüdafiəçisi Qabriel Martinelli “Əl-Nəsr”in forvardı Kriştiano Ronaldo haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, portuqaliyalı futbolçunu həmişə özü üçün nümunə hesab etdiyini deyib:

“Ronaldonu həmişə izləyirəm. Oyunlarına baxaraq böyümüşəm. Üslubunu bəyənirəm. Kriştiano hər zaman mənim üçün örnək futbolçu olub”.

21 yaşlı Martinelli cari mövsümdə İngiltərə Premyer Liqasında 35 oyuna çıxıb, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"