
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Ole Qunnar Sulşer gələcəkdə “qırmızı şeytanlar”ın yeni çalışdırıcısının Maykl Karrik ola biləcəyinə inanır.
Sportinfo.az xəbər verir ki, norveçli mütəxəssis Karrikin yaxşı insan olduğunu bildirib:
“Maykl əla insandır. Mən onu əsl qalib hesab edirəm. Əminəm ki, Karrik istəsə, “Mançester Yunayted”in baş məşqçisi ola bilər”.
Hazırda Karrik “Middlsbro”ya rəhbərlik edir.
Karrik, Sulşerin qovulmasından sonra keçən mövsüm “Mançester Yunayted”in müvəqqəti baş məşqçisi olub.