“Mən başa düşmürəm ki...” - Aquero həmyerlisinə görə “üsyan etdi”

11 May 2023 00:20 İngiltərə 416
“Mən başa düşmürəm ki...” - Aquero həmyerlisinə görə “üsyan etdi”

Argentina millisinin sabiq futbolçusu Serxio Aquero “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın hücumçu Xulian Alvaresi “Real”la oyunda ehtiyat oyunçular skamyasında saxlamasından narazıdır.

Sportinfo.az xəbər verir ki, argentinalı keçmiş hücumçu həmyerlisinin ehtiyatda qalmasını başa düşmədiyini bildirib:

“Mən başa düşmürəm ki, Qvardiola niyə Xulianı meydana buraxmır. Bu, mənə maraqlıdır. Amma bu, Pep Qvardioladır.

Məndən asılı olsaydı, Alvaresi demək olar ki, hər oyunda meydana buraxardım. Çünki onun aktiv olması və qığılcım yaratması lazımdır”.

“Real” və MS Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda heç-heçə edib – 1:1. Cavab oyunu mayın 17-də, Mançesterdə keçiriləcək.

23 yaşlı Alvares bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”