“Günahkar özümüzük, hər kəs səhvlərə görə cavabdehlik daşıyır!”

8 May 2023 18:40 İngiltərə 448
“Günahkar özümüzük, hər kəs səhvlərə görə cavabdehlik daşıyır!”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 35-ci turunun “Vest Hem”lə oyununu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, nəticədən məyus olduğunu söyləyib:

“İlk hissədə kifayət qədər yaxşı oynadıq, çoxlu qol imkanları yaratdıq. Rəqib elə ilk qol epizodundan yararlandı.

Təbii ki, “Brayton”la oyundan sonra olduğu kimi, yenə də nəticədən məyus oldum. Məğlubiyyətdə günahkar özümüzük.

Oyun üslubumuzu bərpa etməliyik. Son iki matçda fasilədən sonra yaxşı çıxış etmirik. Səhvlər futbolun bir hissəsidir.

Bu komandada onları aradan qaldırmağı bacarmalı və hesabat verməlisən. Heyətdə olan hər kəs səhvlərə görə cavabdehlik daşıyır!”

“Qırmızı şeytanlar” hazırda İngiltərə çempionatının turnir cədvəlində 63 xalla 4-cü, “Vest Hem” isə 37 xalla 15-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!