“Mənə dedi ki, heç vaxt yığmada oynaya bilməyəcəksən”

8 May 2023 15:40 İngiltərə 598
“Mənə dedi ki, heç vaxt yığmada oynaya bilməyəcəksən”

İngiltərəli keçmiş futbolçu Devid Bekhem uşaqlıq xatirələrini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Bekhem 12 yaşı olarkən İngiltərə yığmasının çalışdırıcısının onun haqda səsləndirdiyi fikirləri diqqətə çatdırıb:

“12 yaşım olarkən İngiltərə millisinin baş məşqçisi mənə dedi ki, heç vaxt yığmada oynaya bilməyəcəksən.

Çox balaca olduğumu, kifayət qədər güclü olmadığımı bildirdilər. Amma sonra ölkəm üçün 115 oyuna çıxdım. Üç dünya çempionatında iştirak etdim və yaxşı karyera sahibi oldum”.

Bekhem hazırda MLS-də mübarizə aparan “İnter Mayami”nin sahibidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR