"Bir az qəribə səslənə bilər, bu, səhvlərdən nəticə çıxarmaq üçün əla fürsətdir"

8 May 2023 12:00 İngiltərə 349
"Bir az qəribə səslənə bilər, bu, səhvlərdən nəticə çıxarmaq üçün əla fürsətdir"

“Çelsi”nin ingiltərəli futbolçusu Rahim Sterlinq komandanın hazırkı durumu və uğursuz nəticələri haqda söz açıb.

Sportinfo.az xəbər verir ki, o, mövcud çətinliklərin açar rolunu oynadığını deyib:

“Hazırda karyeramın ən uğursuz dönəmlərini yaşayıram. Bir az qəribə səslənə bilər, amma bu, səhvlərdən nəticə çıxarmaq üçün əla fürsətdir.

Hər şey qüsursuz olanda qələbələr qazanırsan. Lakin uğursuzluqlar, parçalanmalar anidən başlayır.

Bu, səbirsizliklə gözlədiyim, öhdəsindən gəlmək istədiyim bir çətinlikdir. Qalib gəlmək məni daha da güclü edəcək. Belə çətinliklər hər zaman açar rolunu oynayır”.

“Çelsi” Premyer Liqanın 35-ci turunda “Bornmut”u məğlub edib (3:1). Hazırda komanda İngiltərə Premyer Liqasında 42 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!