"Mən ailəmi qorumaq məcburiyyətindəyəm, ora qayıtmayacam”.

7 May 2023 13:10 İngiltərə 1 168
"Mən ailəmi qorumaq məcburiyyətindəyəm, ora qayıtmayacam”.

“Fulhem”in yarımmüdafiəçisi Villian futbol oynamaq üçün bir daha Braziliyaya qayıtmayacağını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu vətənində başına gələnləri xatırladıb:

“Mən heç vaxt Braziliyada futbol oynamaq üçün geri qayıtmayacam.

Orada amansız təzyiqlər gördüm ki, bu da bəzən zorakılığa, ailəmə və uşaqlara təhdidlərə çevrildi. Mən ailəmi qorumaq məcburiyyətindəyəm”.

Yarımmüdafiəçi “Korintians”da çıxış edən zaman yerli azarkeşlər oyun formasının pis olması səbəbindən onun ailəsini hədələyiblər.

Villian “Fulhem”də debüt mövsümünü keçirir. O, əvvəllər 7 il “Çelsi”də çıxış edib, iki dəfə İngiltərə çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!