Premyer Liqadan təklif var - "Barselona"nın hücumçusuna

6 May 2023 00:00 İngiltərə 610
Premyer Liqadan təklif var -

"Vulverhempton" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Barselona"da çıxış edən Ansu Fatinin xidmətində maraqlıdır.

"Canavarlar" 20 yaşlı vinger üçün Kataloniya təmsilçisinə 30 milyon avro və Ruben Neveşi təklif edəcək.

Ansu fati "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü cari mövsümdə La Liqa klubunun heyətində meydana çıxdığı 46 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM