Bu klubda baş məşqçi olmağı məsləhət görüb - Həmyerlisinə

4 May 2023 18:40 İngiltərə 541
Bu klubda baş məşqçi olmağı məsləhət görüb - Həmyerlisinə

“Mançester Yunayted”in almaniyalı sabiq baş məşqçisi Ralf Ranqnik həmyerlisi Yulian Naqelsmanna “Tottenhem”ə getməyi məsləhət görüb.

Sportinfo.az xəbər verir ki, Ranqnik həmyerlisinə “Tottenhem”in bir çox cəhətdən böyük klub olduğunu deyib:

“Tottenhem” bir çox cəhətdən böyük klubdur. Onlarda dünyanın ən yaxşı stadionlarından biri var.

Onlar ən yaxşı məşq bazalarından birinə malikdirlər. “Tottenhem”də uzun illər klubu idarə edən sahibi Daniel Levi var”.

Naqelsmann “Bayern”dən qovulduqdan sonra işsiz qalıb. Mütəxəssis əvvəllər Bundesliqada “Leyptsiq” və “Hoffenhaym”da çalışıb.

Mətbuat Naqelsmanın “Tottenhem”ə keçmək üçün “Çelsi”də təklifini rədd etdiyini yazıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR