İngiltərə Premyer Liqasının 34-cü turu London derbisilə əlamətdar olub.
Sportinfo.az xəbər verir ki, “Emireyts” arenasında “Arsenal” “Çelsi”ni qəbul edib.
“Topçular” qonaqları sözün həqiqi mənasında top atəşinə tutublar. Matçın ilk 34 dəqiqəsində 3 qol vuran “Arsenal” qarşılaşmanın taleyini elə ilk hissədəcə həll edib.
“Zadəganlar”ın gücü bu qollardan yalnız birinin əvəzini çıxmağa çatıb – 3:1.
Bu nəticə ilə Artetanın yetirmələri çempionatdakı liderliklərini bərpa etsələr də, onlardan 2 xal geri qalan “Mançester Siti”nin ehtiyatda iki oyunu var.

