“Hələ də bədbəxt olanlar var - Kədərliyik və daha çoxunu istəyirik”

2 May 2023 01:40 İngiltərə 711
“Hələ də bədbəxt olanlar var - Kədərliyik və daha çoxunu istəyirik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının İngiltərə Premyer Liqasındakı son nəticələri ilə bağlı tənqidlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, əldə olunan nəticələrin ədalətsiz olduğunu düşünmür:

“Bu, futboldur. Mən qazandığımız nəticələrin ədalətsiz olduğunu düşünmürəm. “Arsenal” hər kubok üçün mübarizə aparmalıdır.

Bilirsiz ən çox bəyəndiyim nədir? Artıq Çempionlar Liqasına vəsiqə qazanmışıq.

Lakin bu mövzuda hələ də bədbəxt olanlar var. Kədərliyik və daha çoxunu istəyirik”.

“Topçular” hazırda İngiltərə çempionatının turnir cədvəlində 75 xalla ikincidir. Onlar yalnız “Mançester Siti”dən geri qalır (76 xal).

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM