“Hər zaman güzgüdə özümə vicdanla baxa bilirəm”

26 Mart 2023 18:20 İngiltərə 247
“Hər zaman güzgüdə özümə vicdanla baxa bilirəm”

“Tottenhem”in hücumçusu Deyan Kuluşevski baş məşqçi Antonio Konte haqda danışıb.

Sportinfo.az xəbər verir ki, isveçli oyunçu Kontenin klubda çox vacib biri olduğunu deyib:

“Kontenin fikirləri məni narahat etdi? Xeyr. Çünki hər gün komandaya fayda verdiyimi bilirəm. Bilirəm ki, mümkün qədər yaxşı çıxış etməyə qadirəm.

Elə bu səbəbdən, hər zaman güzgüdə özümə vicdanla baxa bilirəm. Bəzən kifayət qədər yaxşı çıxış etmirəm. Buna görə məsuliyyəti öz üzərimə götürürəm.

Kontenin dedikləri onun şəxsi fikridir. Ona hörmət edirəm, mənə çox köməyi dəyib.

O, klubda bizim üçün çox vacib biridir. Bəzən özümüzü qəzəbli və məyus hiss edirik. Ümumiyyətlə, biz futbolçular baş məşqçimizə hörmət etməliyik”.

Öncədən italiyalı mütəxəssis mətbuat konfransında “Tottenhem”in futbolçularını eqoist və komanda ruhundan məhrum adlandırmışdı.

Digər Xəbərlər
Xəbər Lenti