"Mançester Siti" 70 milyon qiymət qoydu, icarəyə verdi

1 Fevral 00:10 İngiltərə 311
"Mançester Siti" 70 milyon qiymət qoydu, icarəyə verdi

"Bavariya" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisi "Mançester Siti"nin sağ cinah müdafiəçisi Joao Kanselonu transfer edib.

Portuqaliya millisinin üzvü mövsümün sonuna kimi icarə əsasında "Bavariya"da çıxış edəcək. Almanlar yayda 70 milyon avro ödəyərək 29 yaşlı futbolçunu birdəfəlik transfer etmək hüququna sahibdir.

"Mançester Siti" Joao Kanselonu 2019-cu ilin yayında "Yuventus"dan transfer edib.

28 yaşlı futbolçu cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Mart 02:50 Millidə növbəti itki