“Arsenal” və daha 5 klub “Ukraynalı Neymar”a elçi düşüb

22 Sentyabr 2022 00:20 İngiltərə 718
“Arsenal” və daha 5 klub “Ukraynalı Neymar”a elçi düşüb

“Şaxtyor”un (Donetsk) yarımmüdafiəçisi Mixailo Mudrik hələ də London “Arsenal”ının maraq dairəsindədir.

Sportinfo.az xəbər verir ki, İngiltərə təmsilçisi “Ukraynalı Neymar” kimi tanınan 21 yaşlı yarımmüdafiəçinin transferi uğrunda beş klubla mübarizə aparmalı olacaq.

Bu barədə “The Sun” məlumat yayıb.

Xəbərdə bildirilir ki, “topçular” yay transfer pəncərəsi dövründə futbolçu ilə şəxsi şərtləri razılaşsa da, keçid baş tutmayıb. “Arsenal”ın baş məşqçisi Mikel Arteta Mudrikin transferini israrla istəyir.

Mudrik bu mövsüm bütün turnirlərdə beş matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı