Xanım əməkdaşa seksual mesajlar göndərən direktor paytaxt klubundan QOVULDU!

21 Sentyabr 2022 18:20 İngiltərə 745
Xanım əməkdaşa seksual mesajlar göndərən direktor paytaxt klubundan QOVULDU!

“Çelsi”nin kommersiya direktoru Damien Uilobi təyinatından bir ay keçməmiş vəzifəsini tərk edib.

Sportinfo.az xəbər verir ki, maliyyə vasitəçisi Katalina Kim həmkarının davranışı ilə bağlı “Çelsi”nin biznesin inkişafı üzrə direktoru Tom Qlikə şikayət etdikdən sonra London klubu Uilobi ilə yolları ayırmaq qərarına gəlib.

Məsələ burasındadır ki, Uilobi hələ “Çelsi”də işə başlamazdan əvvəl Katalinaya xoşagəlməz mesajlar göndərib.

O, Kimə “səmimi videolar” göndərərək, seks mövzusunu qabardıb.

Katalina bundan bir müddət keçmiş – Uilobi klubun kommersiya direktoru təyin ediləndən sonra – “Çelsi” rəhbərliyinə ona göndərilən mesajlar barədə məlumat verib.

Uilobi isə ona zəng edib və qəzəblənib. Amma onun qəzəbi heç bir işə yaramayıb və “Çelsi”dəki işini itirməli olub.

Digər Xəbərlər
Xəbər Lenti