Penaltilər seriyası "Liverpul"u finalın qalibi etdi - VİDEO

15 May 2022 00:00 İngiltərə 829
Penaltilər seriyası "Liverpul"u finalın qalibi etdi - VİDEO

Londondakı “Uembli” stadionunda İngiltərə kubokunun finalı keçirilib.

Sportinfo.az xəbər verir ki, həlledici matçda "Çelsi" və "Liverpul" qarşılaşıb.

Qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.

Burada daha dəqiq olan "Liverpul" penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

Beləliklə, Mersisayd təmsilçisi tarixində 8-ci dəfə İngiltərə kubokunu qazanıb. "Liverpul" bu kuboka sonuncu dəfə 2006-cı ildə sahib çıxmışdı.

"Çelsi"- "Liverpul" - 0:0 (penaltilər seriyası - 5:6)

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM