Ronaldonu o ki var təriflədi: “Heç kim bunu bacarmayıb”

20 Yanvar 2022 18:40 İngiltərə 661
Ronaldonu o ki var təriflədi: “Heç kim bunu bacarmayıb”

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis portuqaliyalı hücumçunun karyerası haqda bunları söyləyib:

“Ronaldo karyerası ərzində rəsmi oyunlarda 800-dən çox qol vurub. Son 100 ildə heç kim bunu bacarmayıb.

Bu, Ronaldonun necə futboçu olduğunu göstərir. Ronaldo komandanın vacib oyunçularındandır və “Mançester Yunayted” onun sayəsində daha da inkişaf etməlidir”.

Ronaldo bu mövsüm “Mançester Yunayted”lə Premyer Liqada 16 oyunda 8 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı