Ronaldonun aldığı pul Premyer Liqanın 3 klubunun maaş büdcəsindən çoxdur

7 Oktyabr 2021 18:20 İngiltərə 585
Ronaldonun aldığı pul Premyer Liqanın 3 klubunun maaş büdcəsindən çoxdur

Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted”in ulduzu Kriştiano Ronaldonun illik məvacibi 29,3 milyon avrodur.

İngiltərədə elə klublar var ki, futbolçulara ödədikləri məvacib portuqaliyalının aldığından azdır.

Məsələn, “Norviç”, “Lids” və “Brenford”un il ərzində oyunçulara birlikdə ödədikləri məvacib 29 milyon avrodan çox deyil.

Portuqaliyalıı hücumçunun məvacibi bu 3 klubun bütün futbolçularına verdikləri maaşdan çoxdur.

2021/2022 mövsümündə Ronaldonun vergilər nəzərə alınmadan 106,6 milyon avro qazanacağı gözlənilir.

Bunun da 59,7 milyon avrosu “Old Trafford”a qayıtdığı üçün alacağı məvacib və ödənilən bonusdur.

Digər Xəbərlər
Xəbər Lenti