Premyer Liqada 7 illik həsrətə bu cür son qoydu

23 Sentyabr 2021 01:24 İngiltərə 705
Premyer Liqada 7 illik həsrətə bu cür son qoydu

İngiltərə Premyer Liqasının 5-ci turunda keçirilən “Vest Hem” - “Mançester Yunayted” matçı (1:2) qonaqların qapıçısı David de Xea üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, ispaniyalı qapıçı qarşılaşmanın 90+4-cü dəqiqəsində London təmsilçisinin yarımmüdafiəçisi Mark Noblun penaltisini dəf edib.

Bununla da, De Xea 7 ildən sonra Premyer Liqada penaltini zərərsizləşdirib.O, sonuncu dəfə 2014-cü ildə "Everton"la görüşdə bunu bacarmışdı.

Digər Xəbərlər
Xəbər Lenti