Braziliyalı Premyer Liqa klubu ilə vidalaşdı - Ərəbistana gedir

6 İyun 2024 00:20 İngiltərə 874
Braziliyalı Premyer Liqa klubu ilə vidalaşdı - Ərəbistana gedir

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro komanda yoldaşları ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Transfers” məlumat yayıb.

Vidalaşma “Mançester Siti” ilə İngiltərə kubokunun final oyunundan sonra baş verib.

32 yaşlı futbolçunun bu yay MY-ni tərk edərək Səudiyyə Ərəbistanı klubuna keçəcəyi gözlənilir.

Kazemiro 2022-ci ilin yayından “Mançester Yunayted”də çıxış edirdi. O, bu müddət ərzində 83 matçda iştirak edib, 12 qol vurub və 9 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçinin klubla müqaviləsi 2026-cı ilə qədər idi.

Digər Xəbərlər
Xəbər Lenti