Millinin 2 futbolçusu karantinə alındı

22 İyun 2021 11:50 İngiltərə 1 038
Millinin 2 futbolçusu karantinə alındı

İngiltərə millisinin futbolçuları Meysin Maunt və Ben Çilvell komandadan təcrid ediliblər.

Sportinfo.az xəbər verir ki, buna hər iki oyunçunun Şotlandiya ilə D qrupunun II tur matçı zamanı rəqib futbolçu Billi Gilmorla yaxın təmasda olması səbəb olub.

Gilmordan götürülmüş koronavirus testinin nəticəsi bu gün müsbət çıxıb. Hər 3 futbolçu İngiltərənin "Çelsi" klubunda çıxış edir.

İyunun 18-də Londondakı "Uembli" stadionunda keçirilmiş İngiltərə - Şotlandiya matçı qolsuz başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!