Qapısına 4 qol vuran hücumçu ilə maraqlanır - "Liverpul"

20 Aprel 2021 18:40 İngiltərə 443
Qapısına 4 qol vuran hücumçu ilə maraqlanır -

"Liverpul" yay transfer pəncərəsində yeni hücumçu almaq niyyətindədir.

Sportinffo.az xəbər verir ki, Mersisayd təmsilçisi "Aston Villa"nın forvardı Olli Uotkinslə maraqlanır.

Klub yayda 25 yaşlı oyunçunu almaq variantını nəzərdən keçirir. "Liverpul"un ingilis futbolçunun sürətini və qapıya diqqətini yüksək qiymətləndirdikləri qeyd olunur.

Uotkins ötən yayda "Brentford"dan "Aston Villa"ya keçib. O, bu mövsüm İngiltərə Premyer Liqasında 30 matçda 12 qol (1-i penaltidən) var. 25 yaşlı oyunçu bu qollardan dördünü "Liverpul"a vurub.

Digər Xəbərlər
Xəbər Lenti