Premyer Liqaya yüksələn ilk klub bilindi

17 Aprel 2021 21:40 İngiltərə 1 061
Premyer Liqaya yüksələn ilk klub bilindi

İngiltərə Premyer Liqasına vəsiqə qazanan ilk komanda müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Çempionşipin lideri “Norviç” 1 illik fasilədən sonra elitaya qayıtmasını rəsmiləşdirib.

Bunu 3-4-cü yerlərin sahibləri “Brentford” və “Sounsi”nin 42-ci turda xal itirmələri tezləşdirib. Hazırda 90 xalla turnir cədvəlinə başçılıq edən komanda sona 5 tur qalmış ilk iki pillədəki mövqeyini rəsmiləşdirib.

"Norviç” ötən mövsüm Premyer Liqada sonuncu yeri tutaraq Çempionşipə yuvarlanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?