İlkay Gündoğan formasını hərraca çıxardı

17 Aprel 2021 10:20 İngiltərə 693
İlkay Gündoğan formasını hərraca çıxardı

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan Çempionlar Liqasının 1/4 final mərhələsinin “Borussiya” (Dortmund, Almaniya) ilə ilk matçında geyindiyi formanı hərraca çıxarıb.

Sportinfo.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi “tvitter” hesabında məlumat yayıb.

Hərracda satılacaq formadan gələn gəlir ollier xəstəliyindən (sümük xərçəngi) əziyyət çəkən 8 yaşlı Dilara Abanoğlunun müalicəsinə sərf olunacaq.

“Mançester Siti” Çempionlar Liqasının 1/4 final mərhələsinin hər iki matçında “Borussiya”nı 2:1 hesabıyla məğlub edərək, yarımfinala yüksəlib. “Şəhərlilər” bu mərhələdə Fransa PSJ-si ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!