"Bu qolu Alinin atasına həsr edirəm - Qoy o, rahat uyusun"

1 Mart 2021 12:00 İngiltərə 487
"Bu qolu Alinin atasına həsr edirəm - Qoy o, rahat uyusun"

“Liverpul” Premyer Liqanın 26-cı turunda “Şeffild Yunayted”ə qalib gəlib – 2:0.

Sportinfo.az xəbər verir ki, “Liverpul”un ilk qolunu Kertis Cons vurub.

O, bu qolu alison Bekkerin atasına həsr etdiyini bildirib. Bekkerin atası faciəli surətdə həlak olub. O, su anbarında çimərkən boğulub:

“Mənim üçün də, komandamız üçün də çətin vaxtlar idi. Şadam ki, qol vurdum. Bu qolu Alinin atasına həsr edirəm. Qoy o, rahat uyusun. Ali, bu, sənin üçündür.

Beker güclü oğlandır və təbii ki, komandanın əsas üzvlərindən biridir. Bu gün o, burda deyil və biz ondan sarı darıxırıq. Vurduğum qolu ona, onun atasına və bütün ailəsinə həsr edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti