Premyer Liqa nəhəngi kimləri almaq istəyir? - Yay transfer planları

27 Fevral 2021 21:40 İngiltərə 633
Premyer Liqa nəhəngi kimləri almaq istəyir? - Yay transfer planları

"Mançester Yunayted"in yay transfer pəncərəsi üçün planları məlum olub.

Sportinfo.az xəbər verir ki, "qırmızı şeytanlar" müdafiənin mərkəzini və sağ cinahı gücləndirmək istəyir.

Klub "Sevilya"dan Culies Kundeni almaq niyyətindədir. Lakin "Mançester Yunayted" müdafiəçiyə görə 60 milyon avrodan çox xərcləməli olacaq.

Həmçinin rəhbərliyin əsas məqsədlərindən biri də "Vilyarreal"dan Paul Torresi transfer etməkdir. Onun dəyəri isə 43 milyon sterlinqdir.

Bundan əlavə, klub "Norviç Siti"dən Maks Aaronsla, "Atletiko"dan Kiran Trippierlə də yaxından maraqlanır.

"Mançester Yunayted" Premyer Liqanın turnir cədvəlində 49 xalla 2-cidir. Komanda lider "Mançester Siti"dən 10 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!