"Liverpul" "qara zolağ"a düşüb, heç cür çıxa bilmir - VİDEO

22 Yanvar 18:20 İngiltərə 372
"Liverpul" "qara zolağ"a düşüb, heç cür çıxa bilmir - VİDEO

"Liverpul" İngiltərə Premyer Liqasının 18-ci turunun matçında "Bernli" ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, görüş Bernli komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmadakı yeganə qol penalti ilə rəsmiləşdirilib - Eşli Barns 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib.

Bu matçdan sonra aktivində 34 xal olan "Liverpul" İngiltərə çempionatının yarış cədvəlində dördüncü yerdə qalıb. "Bernli" 19 xal yığaraq 16-cı yerdə mövqe tutub.

"Liverpul" - "Börnli" 0:1

Qol: Eşli Barns, 83 (pen.)

Digər Xəbərlər
Xəbər Lenti