"Mançester Yunayted"dən "Barselona"ya yollanır?

16 Yanvar 2021 15:40 İngiltərə 680
"Mançester Yunayted"dən "Barselona"ya yollanır?

“Mançester Yunayted”in icarə əsasında “Milan”da çıxış edən futbolçusu Dioqo Dalot karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı müdafiəçini “Barselona” heyətinə qatmaq istəyir.

Lakin Kataloniya klubu portuqaliyalı oyunçu üçün 12 milyon avrodan çox pul ödəmək istəmir. Artıq tərəflər arasında danışıqların başladığı bildirilib.

Dalot cari mövsüm “Milan”da 14 matçda 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti