Peşəkar Futbol Liqasına yeni vitse-prezident təyin olundu

12 Avqust 2022 17:00 Hadisə 686
Peşəkar Futbol Liqasına yeni vitse-prezident təyin olundu

Peşəkar Futbol Liqasında (PFL) struktur dəyişikliyi edilib.

Sportinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qurumda yeni vitse-prezident postu yaradılıb.

Yeni yaradılmış posta artıq təyinat rəsmiləşdirilib. Uzun illərdir ki, PFL-də çalışan Aslan Şahgəldiyev vitse-prezident təyin olunub.

Aslan Şahgəldiyev 2004-cü ildən futbol sahəsində çalışır. O, 2004-cü ildən 2009-cu ilədək “Karvan”da fəaliyyət göstərib.

Azərbaycan çempionatının gümüş, bürünc medallarını qazanmış və avrokuboklarda mərhələ keçmiş komandanın idarə heyətində yer alıb.

Şahgəldiyev 2009-cu ildən bu günədək Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri idi.

Digər Xəbərlər
Xəbər Lenti