AÇ-2020-də Cüneyt Çakıra növbəti təyinat verildi

21 İyun 2021 01:38 Hadisə 748
AÇ-2020-də Cüneyt Çakıra növbəti təyinat verildi

Türkiyəli FİFA referisi Cüneyt Çakır AÇ-2020-nin daha bir oyununa təyinat alıb.

Sportinffo.az xəbər verir ki, o, qrup mərhələsinin üçüncü turunun Ukrayna – Avstriya matçını idarə edəcək.

C qrupu çərçivəsində baş tutacaq matçda Çakıra yan xətt hakimləri qismində Bahaddin Duran və Tarık Ongun kömək edəcəklər.

Dördüncü hakim funksiyasını almaniyalı Daniel Zibert yerinə yetirəcək.

İyunun 21-də Buxarestdə keçiriləcək Ukrayna – Avstriya matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"