Güclü külək əsəcək, dolu düşəcək - Xəbərdarlıq

20 Aprel 2021 15:30 Gündəm 1 256
Güclü külək əsəcək, dolu düşəcək - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Sportinfo.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında aprelin 21-i gündüzdən 23-ü gündüzədək şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.

Azərbaycanın bəzi şimal və qərb rayonlarında aprelin 21-dən 23-ü axşamadək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!