XƏBƏRİNİZ OLSUN: Qurban Qurbanov nədən narahatdır? - VİDEO

23 İyul 2024 14:40 Qarabağ 1 557
XƏBƏRİNİZ OLSUN: Qurban Qurbanov nədən narahatdır? - VİDEO

"Qarabağ" bu axşam Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Cəbəllütariqdə "Linkoln"un qonağı olacaq.

"Sportinfo TV"nin aparıcı eksperti Elçin Cəfərov "Qarabağ" üçün əsas məsələnin rəqibə ciddi yanaşması olduğunu deyib:

"Köhnə tanışlar yenidən qarşılaşırlar. Azərbaycan futbol ictimaiyyəti "Qarabağ"dan bu mövsüm ÇL-də qrup mərhələsini gözləyir.

Bu oyunda əsas məsələ ilk qolu vurub, rəqibin həvəsini yerindəcə boğmaqdır. Meydançanın süni qazon olmasından çox yaxşı faydalanmağa çalışırlar.

Oyunun əlacı erkən qoldur. Bununla da, daha çox fiziki əziyyət çəkmirsən, oyunu istədiyin kimi idarə edirsən.

İsti hava, qazon zədə risklərini daha çox artırır".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!