Ərdoğan kürsüdən “Qarabağ Azərbaycandır!” dedi, alqışlandı - VİDEO

20 Sentyabr 2023 07:20 Sizdən Bizə 1 351
Ərdoğan kürsüdən “Qarabağ Azərbaycandır!” dedi, alqışlandı - VİDEO

“Biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəkləmişik.

Ancaq görürük ki, Ermənistan bu tarixi fürsətdən istifadə edə bilmədi. Biz Ermənistandan verdiyi vədləri yerinə yetirməsini, xüsusən də Zəngəzur dəhlizinin açılmasını gözləyirik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 78-ci sessiyasında deyib.

“İndi hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan ərazisidir. Bundan başqa statusun qoyulması heç vaxt qəbul edilməyəcək. Bir millət, iki dövlət devizi ilə hərəkət etdiyimiz Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları dəstəkləyirik”, - Türkiyə lideri qeyd edib.

Ərdoğanın kürsüdən bu çıxışı alqışla qarşılanıb.

Digər Xəbərlər
Xəbər Lenti