"Azərbaycan millisinin heyətində keyfiyyətli futbolçular var"

26 Yanvar 2020 22:00 Futzal 776
"Azərbaycan millisinin heyətində keyfiyyətli futbolçular var"

"Məşqlərdəki emosiyalarım gənc futbolçuarın duyğuları kimidir. Braziliyada çempionat başa çatdıqdan sonra yaxşıca dincəldim. Ona görə də güc və enerji ilə doluyam. Komandada ab-hava əladır, hamı nə vaxt zarafat etməli, nə vaxt isə ciddi olmalı olduğunu bilir".

Sportinfo.az xəbər verir ki, bu sözləri futzal üzrə Rusiya millisinin hücumçusu Eder Lima yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. DÇ-2020-nin seçmə mərhələsinin elit-raunduna hazırlıq prosesini dəyərləndirən futbolçu qrupdakı rəqibləri haqda da danışıb:

"Bilirik ki, qrupumuzdakı oyunlar asan olmayacaq. Həm Azərbaycan, həm də Xorvatiya millisinin heyətində keyfiyyətli oyunçular var. Həmişə olduğu kimi, uğur qazanmaq üçün çox çalışmaq lazımdır. Arxayınlaşmasaq, hər şey yaxşı olacaq"

Millimizin qrupunda Rusiya ilə yanaşı, Xorvatiya və Slovakiya seçmələri də yer alıb.

Xəbər Lenti