Musa klubsuz qaldı - FOTO

27 Oktyabr 2020 09:56 Dünya futbolu 511
Musa klubsuz qaldı - FOTO

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr” futbolçusu Əhməd Musa ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada, Musa ilə yolların ayrıldığı bildirilib və futbolçuya xidmətlərinə görə təşəkkür edilib.

Nigeriya milli komandasının da üzvü olan Musa, karyerası ərzində bu ölkənin “Kalo Pillars”, Niderlandın “Venlo”, Rusiyanın ÇSKA və İngiltərənin “Lester Siti” klublarında çıxış edib.

28 yaşlı hücumçu 2018-ci ilin yayında 16,5 milyon avro qarşılığında “Lester Siti”dən “Əl Nəsr”ə keçmişdi. Onun karyerasını yenidən Avropada davam etdirəcəyi iddia olunur.

Digər Xəbərlər
Xəbər Lenti