"Azərbaycandan təklif gələrsə, istənilən komandaya kömək etməyə gücüm çatar"

26 Noyabr 2023 02:50 Sizdən Bizə 2 263
"Azərbaycandan təklif gələrsə, istənilən komandaya kömək etməyə gücüm çatar"

"İrandakı vəziyyətim normaldır.

Özünüz də, bilirsiz ki, burada liqalar çox rəqabətlidir, yaxşı səviyyədədir.

Təbii ki, hər şey normal gedir. Komandalar arasında böyük rəqabət var.

Mövsüm davam edir, karyeramda dəyişiklik edib-etməyəcəyimi qışda görəcəyik".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Peyman Keşavarz deyib.

Əslən azərbaycanlı olan müdafiəçi hazırda İranda "Mes Sungun"da forma geyinir. Azərbaycandan ayrıldıqdan sonra "Traktor"la anlaşmış Keşavarz sonradan hazırkı komandasına keçmişdi.

"Sumqayıt", "Səbail" və "Kəpəz"də çıxış etmiş Peyman Premyer Liqamıza qayıtmaq haqda düşündüyünü bildirib:

"Azərbaycanda oynadığım hər bir klubda maksimum gücümü meydanda qoymuşam. Bunu hamı bilir.

Təbii ki, yenidən Azərbaycana qayıtmaq istəyərəm. Orada oynamaq mənim üçün hər zaman xoşdur.

"Traktor" kimi komandanın da formasını geyinmişəm. Bilirsiz ki, onlar ən böyük klublardandır.

Mən oraları da görmüşəm. Bu mənada, Azərbaycandan təklif gələrsə, istənilən komandaya kömək etməyə hazıram. Gücüm də çatar".

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?