Millinin baş məşqçisi istefaya göndərildi - koronavirusa görə

29 Mart 2020 00:00 Dünya futbolu 545
Millinin baş məşqçisi istefaya göndərildi - koronavirusa görə

Uruqvay Futbol Assosiasiyası (AUF) milli komandanın baş məşqçisi Oskar Tabareslə yollarını ayırıb.

Bu barədə qurumun rəsmi saytı xəbər yayıb.

Sportinfo.az xəbər verir ki, 73 yaşlı mütəxəssis koronavirus pandemiyasına görə istefaya göndərilib.

Tabareslə yanaşı, AUF-un 400 əməkdaşı da işdən azad olunub. Oskar Tabares 2006-cı ildən Uruqvay millisinə başçılıq edirdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti