“Qarabağ”a qol vuran “Tottenhem”in hücumçusu deyir ki…

28 Sentyabr 2024 11:00 Dünya futbolu 743
“Qarabağ”a qol vuran “Tottenhem”in hücumçusu deyir ki…

“Tottenhem”in hücumçusu Dominik Solanke Avropa Liqasının 1-ci turunda “Qarabağ”la keçirilən oyunu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı forvard komandasının çıxışından məmnun qalıb.

Matçda son qolun müəllifi olan Solanke bunu seriya halına salmaq niyyətindədir: “Qələbə qazandığımız üçün çox sevindim.

Komandamız sona qədər mübarizə apardı. 10 nəfərlə qaldığımız üçün çətin oyun ola bilərdi.

Komanda ruhunu göstərdik. Ümid edirəm ki, özüm də qol vurmağa davam edəcəyəm”.

"Tottenhem” Londonda keçirilən görüşdə “Qarabağ”ı 3:0 hesabı ilə məğlub edib. Turnirdə 2-ci turun oyunları oktyabrın 3-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!