“Bildiyimə görə, heç nə baş verməyib. onu paltardəyişmə otağında gördüm”

22 Aprel 00:20 Dünya futbolu 266
“Bildiyimə görə, heç nə baş verməyib. onu paltardəyişmə otağında gördüm”

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano “Columbus Crev”lə oyundan sonra komandanın hücumçusu Lionel Messinin durumu haqda danışıb.

“İnter Mayami” aprelin 19-da MLS çərçivəsində keçirilən matçda 1:0 hesabı ilə qalib gəlib. Oyundan sonra Messinin matçı diskomfortla başa vurduğu haqda xəbərlər yayılıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis hər şeyin qaydasında olduğunu deyib:

“Mən bildiyimə görə, heç nə baş verməyib. Hər şey qaydasındadır, onu paltardəyişmə otağında gördüm. Həkimlərdən soruşmaq lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti