"Artıq çox şey qazandığım üçün mənim bəxtim gətirib”

2 Noyabr 2024 00:10 Dünya futbolu 323
"Artıq çox şey qazandığım üçün mənim bəxtim gətirib”

Argentina millisinin və “İnter”in hücumçusu Lautaro Martines karyerası ilə bağlı hədəflərindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, növbəti mükafatlar üçün səy göstərməyin gərək olduğunu söyləyib:

“Mən həmişə deyirəm ki, kubok lövhəsi heç vaxt çox böyük deyil və siz həmişə məmnuniyyətlə yeni kuboklar üçün yer tapa bilərsiz.

Düzdür, milli komanda və klubumla artıq çox şey qazandığım üçün mənim bəxtim gətirib, amma siz həmişə növbəti mükafatları qazanmaq üçün səy göstərməlisiz.

Təbii ki, İtaliya çempionluğunu kapitan kimi qazanmaq istəyirəm. Düşünürəm ki, bu, tortun üzərində gözəl albalı olardı”.

27 yaşlı futbolçu 2024-cü ildə “İnter”lə İtaliya çempionatında qızıl medallar qazanaraq, A Seriyasında mövsümün bombardiri olub. O, həmçinin Argentina millisinin üzvü kimi Amerika kubokunun qalibi adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var