Messi və Alba haqda: “Oynamağa hazır olmasalar, meydana çıxmayacaqlar”

21 Sentyabr 16:00 Dünya futbolu 229
Messi və Alba haqda: “Oynamağa hazır olmasalar, meydana çıxmayacaqlar”

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino MLS matçında “Toronto” üzərində qələbədən (4:0) sonra futbolçuların yorğunluğu səbəbindən ilk hissənin sonunda Jordi Alba və Lionel Messinin əvəzləndiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi həmçinin, onların ABŞ Açıq Kubokunun finalında iştirakını istisna etməyib, lakin oynayacaqlarını sual altında qoyub:

“Onlar normal məşq etdilər və biz hər ikisinin oynamağa hazır olduqlarını hiss etdik. Düşünmürəm ki, onların yeni zədələri və ya daha pis nəsə var.

Bu, yorğunluqdur. Bilirəm ki, qarşıda finalımız var. Lakin onlar oynamağa hazır olmasalar, meydana çıxmayacaqlar”.

Martino, eyni zamanda, Messinin köhnə zədəsinin davam etdiyini əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:40 Qazanmağın bir yolu…
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."