Millinin sabiq oyunçuları əlbəyaxa oldu: "Başını əzərəm" - VİDEO

18 May 03:00 Dünya futbolu 2 655
Millinin sabiq oyunçuları əlbəyaxa oldu: "Başını əzərəm" - VİDEO

Liverpul"da iki mövsüm, İspaniya millisində isə bir neçə il birlikdə çıxış edən Fernando Torres və Alvaro Arbeloa diqqət mərkəzinə düşüblər.

Sportinfo.az xəbər verir ki, sabiq futbolçular bu dəfə yaşıl meydanda məşqçi kimi bir-birilərinə rəqib olublar. Arbeloanın "Real"ı Torresin "Atletiko"su UEFA Gənclər Kubokunda qarşılaşıblar.

Onların dueli heç də xoş olmayan hadisəylə yadda qalıb. 1/4 final mərhələsinə təsadüf edən qarşılaşmada gənc mütəxəssislər arasında mübahisə düşüb.

Onlar arasında söz atışması o qədər qızışıb ki, Torres Arbeloanı əliylə itələyib. “Relevo” nəşrinin məlumatına görə, Ferando “başını əzərəm” deyib. Alvaro isə “nə vaxt istəyirsən başla” cavabını verib.

Bir neçə dəqiqə sonra gənc mütəxəssilər yenə mübahisə etməyə başlayıblar. Onların hərəkətləri bu dəfə cəzasız qalmayıb. Arbeloa sarı vərəqə ilə canını qurtarsa da, Torres ümumiyyətlə meydandan qovulub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 19:40 "Təəssüf ki, bacarmadıq"
22 Sentyabr 19:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
22 Sentyabr 11:10 Qurban Qurbanov - O, dahidir!
22 Sentyabr 08:30 Qızlar qonşulara uduzdu