İspaniya pley-off-a vəsiqə qazandı, Ukrayna kənarda qaldı – NƏTİCƏLƏR-VİDEOLAR

28 Sentyabr 2022 00:50 Dünya futbolu 525
İspaniya pley-off-a vəsiqə qazandı, Ukrayna kənarda qaldı – NƏTİCƏLƏR-VİDEOLAR

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, A, B və C Liqalarında keçirilən 9 oyunla final və pley-off mərhələsinin bütün iştirakçıları bəlli olub.

A Liqasının 2-ci qrupunda Portuqaliya İspaniya ilə 1-ci yer, İsveçrə isə Çexiya ilə aşağı diviziona düşməmək uğrunda mübarizə aparıb.

İspaniyalılar səfər, isveçrəlilər ev qələbəsi ilə istəyinə çatıb. Çexiya isə A Liqasını tərk edib.

B Liqasının 1-ci qrupunda Ukrayna millisi Polşada Şotlandiyanı qəbul edib. Səfərdə qolsuz bərabərliyə nail olan qonaqlar pley-offa adlayıb.

İsrailin liderliyi təmin etdiyi 2-ci qrupda bir görüş baş tutub. İslandiya səfərdə Albaniyanın qonağı olub. Qarşılaşma heç-heçə ilə yekunlaşıb.

4-cü qrupda səfərdə Norveçə qalib gələn Serbiya yığması həm A Liqasına, həm də pley-offa vəsiqə əldə edib.

Qrupun digər matçında Sloveniya İsveçlə heç-heçə edərək, B Liqasındakı yerini qoruyub. Meydan sahibləri isə aşağı diviziona düşüb.

Nəhayət, C Liqasının 2-ci qrupunda B Divizionuna və pley-offa vəsiqəni daha əvvəl təmin etmiş Yunanıstan seçməsi evdə Şimali İrlandiyanı məğlub edib.

Kosovo doğma meydanda Kipri darmadağın edərək, C Liqasında qalıb. Qonaqlar isə sözügedən divizionu tərk edib.

27 sentyabr

A Liqası

2-ci qrup

22:45. Portuqaliya - İspaniya - 0:1

Qol: Alvaro Morata, 88

22:45. İsveçrə - Çexiya - 2:1

Qollar: Remo Froyler, 29, Brel Embolo, 30 - Patrik Şik, 45

Xal durumu: İspaniya - 11, Portuqaliya - 10, İsveçrə - 9, Çexiya - 4

B Liqası

22:45. Ukrayna - Şotlandiya - 0:0

22:45. İrlandiya - Ermənistan - 3:2

Qollar: Con İqan, 18. Maykl Obafemi, 52. Robbi Breydi, 90+1 (pennalti) - Artak Daşyan, 71. Eduard Spertsyan, 73

Qırmızı vərəqələr: Ohanes Ambartsumyan, 89. Artak Daşyan, 90 (hər ikisi Ermənistan)

Xal durumu: Şotlandiya - 13, Ukrayna - 11, İrlandiya - 7, Ermənistan - 3

2-ci qrup

22:45. Albaniya - İslandiya - 1:1

Qollar: Ermir Lenyani, 35 - Mikael Anderson, 90+7

Qırmızı vərəqə: Aron Qunnarsson, 11 (İslandiya)

Xal durumu: İsrail - 8, İslandiya - 4, Albaniya - 2, Rusiya* - 0

4-cü qrup

22:45. İsveç - Sloveniya - 1:1

Qollar: Emil Forsberq, 42 - Benyamin Şeşko, 28

22:45. Norveç - Serbiya - 0:2

Qollar: Duşan Vlahoviç, 42. Aleksandar Mitroviç, 54

Xal durumu: Serbiya - 13, Norveç - 10, Sloveniya - 6, İsveç - 4

C Liqası

2-ci qrup

22:45. Yunanıstan - Şimali İrlandiya - 3:1

Qollar: Dimitris Pelkas, 14. Giorqos Masuras, 55. Petros Mantalos, 80 - Şeyn Leyveri, 18

22:45. Kosovo - Kipr - 5:1

Qollar: Florent Musliya, 22. Donat Rudani, 45+1. Elbasan Raşani, 47. Vedat Muriki, 52; 84 - Valenten Roberj, 81

Xal durumu: Yunanıstan - 15, Kosovo - 9, Şimali İrlandiya - 5, Kipr - 5.

Digər Xəbərlər
Xəbər Lenti