Azərbaycan dünya ulduzlarını nə vaxt qonaq edəcək?

21 Oktyabr 2020 13:54 Digər növlər 596
Azərbaycan dünya ulduzlarını nə vaxt qonaq edəcək?

2021-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təxmini təqvimi bəlli olub.

Sportinfo.az xəbər verir ki, siyahıda Azərbaycan Qran-prisinin də hansı tarixdə keçirilə biləcəyi açıqlanıb. Bakıdakı yarışın 23 - 25 apreldə təşkili nəzərdə tutulub.

"Formula 1"in kommersiya hüquqlarına sahib olan "Liberty Media" yeni mövsümün təqvimini bitirməyə yaxın olduqlarını açıqlayıb. 2021-ci ildə 22 yarış planlaşdırılıb.

Gələn mövsümə martın 14-də Bəhreyndə start verilə bilər. İlin son yarışının dekabrın 5-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə olacağı gözlənilir.

Təqvimdə koronavirus pandemiyası səbəbindən müəyyən dəyişikliklərin olacağı istisna edilmir.

Digər Xəbərlər
Xəbər Lenti