COP29

Orxan da dünya çempionu kimi Azərbaycana qayıdır

22 May 02:40 Digər növlər 1 133
Orxan da dünya çempionu kimi Azərbaycana qayıdır

Azərbaycanlı paraatlet Orxan Aslanov Yaponiyanın Kobe şəhərində keçirilən yarışda dünya çempionu olub.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz T13 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7.18 metr nəticə göstərib.

Bu paralimpiya çempionumuzun ilk dünya çempionluğudur.

İki gün əvvəl paraatlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda milli komandamıza ilk qızıl medalı qazandırıb.

Ötən gün isə Səid Nəcəfzadə uzunluğa tullanma üzrə yarışda eyni uğuru təkrarlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!