Baş katib milli üzvləri ilə görüşdü, maraqlandı ki... FOTO

24 Noyabr 2021 03:00 Digər növlər 668
Baş katib milli üzvləri ilə görüşdü, maraqlandı ki... FOTO

Milli Paralimpiya Komitəsinin (MPK) baş katibi Kamal Məmmədov qış idman növləri üzrə milli komandanın bir neçə üzvü ilə görüşüb.

SportİNFO.az xəbər verir ki, Məmmədov idmançıların hazırkı fiziki və psixoloji durumları ilə maraqlanıb.

O, bildirib ki, məqsəd qarşıdan gələn yarışlarda uğurlu nəticələr əldə etmək və ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarına lisenziya qazanmaqdır.

Yığmanın üzvləri Daşqın Abbasov və Mehman Ramazanzadə öz növbələrində komitə rəhbərliyinə hazırki hazırlıqları haqda məruzə edib, beynəlxalq yarışlarda ölkəni layiqincə təmsil edəcəklərini vurğulayıblar. Daha sonra idmançılara yeni idman formaları təqdim edilib.

QIş idmanının kross-kantri idman növündə iştirak edən M.Ramazanzadə noyabrın 19-da Rusiyanın Ufa şəhərində keçirilən təlim-məşq toplanışına yollanıb. Hazırlıq prosesinin məqsədi 13 - 19 dekbarda Finlandiyanın Vuokatti şəhərində təşkil olunacaq Avropa kubokuna hazırlıqdır.

Dağ xizəyi idman növü üzrə milli komandanın üzvü D.Abbasov isə baş məşqçi Məhəmməd İsmayılovun rəhbərliyi altında 23 - 29 noyabrda Avstriyanın Resterhöhe şəhərində keçiriləcək Avropa çempionatına yola düşəcək.

XIII Qış Paralimpiya Oyunları 4 - 13 martda Çinin paytaxtı Pekində baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı